Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşır

09:47 - 29 May 2026 - İDMAN

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxacaq. 

Ucnoqta.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Azərbaycan yığması ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib. 

Qeyd edək ki,  Azərbaycan millisi qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.///qol.az

Xəbər xətti