ABŞ-da yaşayış binasında partlayış - ölən və yaralananlar var

09:29 - 29 May 2026 - DÜNYA

Texas ştatının Dallas şəhərindəki bir mənzil binasında baş verən partlayış nəticəsində ən azı üç nəfər ölüb, beş nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Bildirilir ki, partlayışa qaz sızması səbəb olub. Partlayış və sonrakı yanğın 70-dən çox mənzilin olduğu binanı tamamilə məhv edib. Yanğının söndürülməsinə 120 yanğınsöndürən cəlb olunub.

Dağıntıların ayrılması işləri aparılır; insanların altında qalması mümkündür.

Xəbər xətti