Ermənistanın Baş naziri Nikol Paşinyan iyun ayında keçirilən parlament seçkilərində yenidən seçildikdən və qanunverici orqanda siyasi çoxluq qazandıqdan sonra Ermənistan üçün yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı "Armenia TV"yə verdiyi müsahibədə verdi.
"Bilirsiniz, biz heç vaxt Azərbaycanla və ya heç bir tərəfdaşla konstitusiya məsələsini müzakirə etməmişik, çünki bu, yalnız bizim daxili gündəliyimizdir. Və biz bu gündəmdən çıxış edirik", - deyə Paşinyan bildirib. O, həmçinin xatırladıb ki, yeni konstitusiyanın qəbul edilməsi 2018-2020-ci illərdən bəri gündəmdədir.
O əlavə edib ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasında yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı müddəa var. "Və seçkilərdən və parlamentdə siyasi çoxluğun formalaşmasından sonra biz yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyik", - deyə baş nazir bildirib və əlavə edib ki, bu, referendum yolu ilə həyata keçiriləcək.