ABŞ-ın Boliviyadakı səfirliyi ölkədə davam edən etirazlar fonunda təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən 27-28 may tarixlərində vətəndaşların qəbulunu dayandırıb.
Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlama səfirliyin veb saytında dərc edilib.
Səfirlik həmçinin ABŞ vətəndaşlarını ehtiyat tədbirlərinə riayət etməyə və Boliviya daxilində şəhərlər arasında səyahət etməməyə çağırıb.