ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində “Azərbaycanın Respublika Günü” münasibətilə bəyannamə qəbul olunub.
Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, sənəd Mayami-Deyd dairəsinin meri Daniella Levine Cava tərəfindən imzalanıb. Təşəkkürnamədə Azərbaycan-Amerika icmasının mədəni irsin, tarixin və ictimai fəaliyyətin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan-Amerika icması ABŞ və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, həmçinin Mayami-Deyd dairəsinin ictimai və mədəni həyatına mühüm töhfə verir.
Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.
Vüsalə Abbasova