MDB İcraiyyə Komitəsi Moldovanın MDB-nin əsas müqavilələrindən çıxmaq üçün müraciətini alıb.
Ucnoqta.az xəbər verir ki, RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
O, Moldovanın MDB-dən çıxmasının tam bir il davam edəcəyini, Kişinyov isə Birliklə əməkdaşlığının iqtisadi aspektini qorumaq istədiyini bildirib.
Bu ilin mart ayında Moldovanın MDB-nin əsas müqavilələrindən - Birliyin yaradılması, onun nizamnaməsi və Alma-Ata Bəyannaməsindən çıxmaq qərarı Prezident Maya Sandu tərəfindən təsdiqlənib və qüvvəyə minib.
Bundan əlavə, qətnaməyə əsasən, hökumət 22 yanvar 1993-cü ildə Minskdə imzalanmış MDB Nizamnaməsini ləğv edib.