Zərdabda 94 yaşlı qadın dəm qazından öldü

12:52 - 25 May 2026 - ÖLKƏ İÇİ

Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.

Hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.

Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.///Apa

Xəbər xətti