Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.
Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.
E.Sevdimalıyev müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.
Qeyd edək ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.