Paytaxtın Zərgərpalan küçəsində aparılan söküntü işlər zamanı ətrafa toz-duman yayılıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, ərazidə fərdi evlərin söküntüsü zamanı ətrafı toz-duman bürüyüb.
Ərazinin hasara alınmadan, torla örtmədən, işçilərin qoruyucu vasitələrlə təmin edilmədən söküntü işlərinin aparılması sakinlərin narazılığına səbəb olub.