Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.