2021-ci ildə "Çelsi" ilə Çempionlar Liqasını qazanan ispan müdafiəçi Sezar Aspilikueta cari mövsümün sonunda karyerasını bidirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.
"Əziz futbol, bu gün sizinlə bölüşmək istəyirəm ki, bu mövsüm peşəkar futbolçu kimi son mövsümüm olacaq. Uzun illərdən sonra həyatımda yeni bir fəslə başlamağın vaxtı gəldiyini hiss edirəm. Hər an üçün minnətdaram: qələbələr, çətin məğlubiyyətlər, çətinliklər və ən əsası, tanış olduğum insanlar və yol boyu qurduğum dostluqlar. Hər an mənim üçün çox şey ifadə edirdi", - Aspilikueta yazıb.
Aspilikueta 36 yaşı var və 2025-ci ildən bəri "Sevilya"da oynayır.