Masazırın qazı kəsiləcək

16:56 - 20 May 2026 - Xəbər

Abşeron rayonunun Masazır qəsəbəsində qaz təchizatında fasilə yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.

Bildirilib ki, qəsəbə ərazisində müvafiq qurum tərəfindən xüsusi texnika vasitəsilə aparılan qazıntı işləri zamanı qaz xətti zədələnib. 

Bu səbəbdən 20 may 2026-cı il tarixində saat 15:35-dən etibarən təmir-bərpa işləri başa çatanadək Masazır qəsəbəsinin qaz təchizatı dayandırılıb.

Xəbər xətti