Azərbaycan əhalisinin sayı artıb

16:13 - 19 May 2026 - ÖLKƏ İÇİ

Azərbaycanda əhalinin sayı artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkə əhalisi ilin əvvəlindən 5814 nəfər çoxalıb.

Məlumata görə, 2026-cı il aprel ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 10268 165 nəfərə çatıb.

Statistikaya əsasən, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri təşkil edir.

Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.

Cari ilin aprel ayının əvvəlinə əhalinin 23 faizi Bakı şəhərinin payına düşüb.

Xəbər xətti