Müğənni İlhamə Qasımova reklam agentliklərindən şikayətçidir.
Ucnoqta.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında paylaşım edib. O, rayonlarda reklam agentliklərinin nümayəndələrinin həyətlərə icazəsiz daxil olaraq ailə ilə bağlı məlumatları öyrənməyə çalışmalarından narahat olduğunu ifadə edib:
"Bu hadisə başıma Lənkəranda gəlib. Əminəm ki, bu başqa rayonlarda da yaşanır. Söhbət reklam agentliklərindən gedir. Guya marketinqlə məşğul olurlar. Bakıda da var, gəlirlər reklam kağızları paylayırlar, fikirlərini bildirıb sağollaşıb gedirlər. Amma kəndlərdə bu belə deyil. 18-20 yaşlı qızlardır, icazəsiz həyətə girirlər. Nə üçün gəldiklərini demədən "Evdə böyük kimdir?, Ailədə neçə nəfərsiniz?" deyə soruşurlar. Şəxsi məlumatları ala bilməzsiniz. Başa düşə bilmirəm, şirkətlərə bu haqqı kim verib ki, belə danışırlar. Bir xanım gəldi, mənimlə mübahisə etdi və söylədi ki, kobud danışıram. Buna səbəb də eyni dialoqun təkrarlanması oldu.
Bakıda olanda rayondakı evimizə gəliblər. 75 yaşlı anam evdə olub. Deyiblər ki, "Evin böyüyü kimdir?", "Neçə nəfərsiniz?". Belə şeylərin əlindən rayonda qapı bağlı olsun? İcazə, razılıq almalıdırlar ki, ev yiyəsi sizinlə danışmaq istəyir, ya yox. Bir də belə olsa, yazılı formada lazımi qurumlara müraciət edəcəyəm".///axsam.az