Azərbaycanda bu telekanalın avadanlığı YANDI

10:50 - 7 May 2026 - Xəbər

Ötən gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya" klubu öz meydanında Fransanın "PSJ" komandasını qəbul edib. Oyunun yayım hüququ olan "CBC Sport" televiziyası matçı yayımlaya bilməyib. 

Ucnoqta.az xəbər verir ki, Manset.az problemin səbəbini öyrənmək üçün "CBC Sport" televiziyasının Xəbərlər xidməti və sosial media direktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb. O bildirib ki, oyunun yayımlana bilməməsinin səbəbi texniki problem olub: 

"Avadanlıq yanıb. Sona qədər çalışırdıq ki, onu düzəldək, düzəltdiyimiz dəqiqədən etibarən yayıma davam edək. 2 saat ərzində düzəlmədi. Buna görə çox məyusuq", - deyə o bildirib. 

Xəbər xətti