Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan beş dronu vurub.
Ucnoqta.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bu barədə özünün Max kanalında bildirib.
"Moskvaya doğru uçan beş dronu Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Təcili yardım xidmətləri dağıntıların düşdüyü yerdə işləyir", - deyə mer yazıb.