Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

19:07 - 5 May 2026 - HADİSƏ

İstanbulda Kadıköy–Beşiktaş xətti üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

44 yaşlı qadın mayın 2-si axşam saatlarında Kadıköydən bərəyə minib. Lakin onun Beşiktaşda düşməsinə dair heç bir görüntü qeydə alınmayıb. Qadına məxsus çanta isə bərədə aşkarlanıb.

Hadisədən sonra aidiyyəti qurumlar tərəfindən dənizdə genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib. Aparılan axtarışlar nəticəsində Məxfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında tapılıb.

Meyit müvafiq ekspertiza üçün təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti