Abşeronda qətl: 19 yaşlı gənc bıçaqlandı

19:11 - 6 May 2026 - HADİSƏ

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü İsrail Moxramovun bıçaqlanaraq öldürüldüyü bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti