RF Omsk vilayətinin Tara şəhərindəki 3 nömrəli məktəbdə uşaqların kütləvi qaz zəhərlənməsi baş verib.
Ucnoqta.az xəbər verir ki, SHOT Telegram kanalı hadisənin məktəbdən cəmi 250 metr aralıda aparılan qaz avadanlıqlarının təzyiq sınağı nəticəsində baş verdiyini bildirib.
Qazanxanadan çıxan qaz küçə boyunca yayılaraq yaxınlıqda yerləşən ayrıca məktəb binasına düşüb. Həmin vaxt binada texnologiya dərsi keçirilirdi.
Şagirdlərin səhhətləri sürətlə pisləşib. Hadisə nəticəsində qırx şagird xəsarət alıb.
Həkimlər uşaqlara yüngül zəhərlənmə diaqnozu qoyublar. Məlumata görə, uşaqlar 11 və 12 yaşlı beşinci və altıncı sinif şagirdləri olub.