Hövsanda qaz kəsiləcək

09:22 - 5 May 2026 - Xəbər

Bu gün paytaxtın bəzi yerlərində qaz olmayacaq.

Ucnoqta xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Suraxanı rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə mayın 5-də saat 10:00-dan işlər yekunlaşanadək Hövsan qəsəbəsində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd edilib.

Xəbər xətti