ABŞ-nin üçüncü esminesi Fars körfəzinə daxil olub

07:33 - 6 May 2026 - DÜNYA

ABŞ-ın üçüncü esminesi "USS Rafael Peralta" "Mission Freedom" çərçivəsində Hörmüz boğazından keçdikdən sonra Fars körfəzinə daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS News rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisi, o cümlədən "USS Truxtun" və "USS Mason" esminesləri, hazırda Hörmüz boğazının qərbindəki ərazidə əlavə təlimatlar gözləyirlər.

Rəsmilərin sözlərinə görə, onlar boğazdan Fars körfəzindən çıxmağa çalışan hər hansı bir ticarət gəmisini qorumaq üçün döyüş gəmiləri, döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri daxil olmaqla çoxqatlı müdafiə sisteminin bir hissəsidir.

Xəbər xətti