Ermənistanın Baş naziri 2028-ci ildə Azərbaycana səfər etməyi ümid edir.
Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün 2028-ci ildə Azərbaycana səfər etməyi ümid etdiyini bildirib.
“Ümid edirəm ki, 2028-ci ildə AQS sammiti üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı olaraq dəstəkləyiblər”, - deyə Paşinyan qeyd edib.