"Amazon" Fransadakı layihələrə 15 milyard avro sərmayə yatıracaq

00:18 - 6 May 2026 - DÜNYA

Amerika şirkəti Amazon növbəti üç il ərzində Fransadakı layihələrə 15 milyard avro sərmayə qoymaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin Fransa bölməsinin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, Amazon üç il (2026-2028) ərzində Fransada 15 milyard avrodan çox investisiya planını elan edir.

Bu, ölkədə bir şirkət tərəfindən ən böyük sərmayə olacaq.

Vəsaitlər yeni logistika mərkəzlərinin tikintisi də daxil olmaqla zəruri infrastrukturun yaradılmasına, eləcə də "Amazon"un bulud xidmətləri və süni intellekt sahəsindəki imkanlarının inkişaf etdirilməsinə sərf olunacaq.

Şirkət həmçinin ölkə daxilində 7000 daimi iş yeri yaratmaq niyyətindədir.

Xəbər xətti