Kolumbiyanın Kundinamarka departamentindəki kömür mədənində baş verən partlayışda doqquz mədənçi həlak olub.
Ucnoqta.az bildirir ki, bu barədə regionun qubernatoru Xorxe Emilio Rey X-də yazıb.
Qubernator qeyd edib ki, La Trinidad mədənində doqquz mədənçinin cəsədi tapılıb.
Partlayış zamanı mədəndə olan altı nəfər xilas edilərək xəstəxanaya aparılıb.