Ucnoqta.az
www.ucnoqta.az

Kömür mədənində partlayış - 9 nəfər ölüb

09:17 - 5 May 2026 tarixində dərc olunub.

Kolumbiyanın Kundinamarka departamentindəki kömür mədənində baş verən partlayışda doqquz mədənçi həlak olub.

Ucnoqta.az bildirir ki, bu barədə regionun qubernatoru Xorxe Emilio Rey  X-də yazıb.

Qubernator qeyd edib ki, La Trinidad mədənində doqquz mədənçinin cəsədi tapılıb.
Partlayış zamanı mədəndə olan altı nəfər xilas edilərək xəstəxanaya aparılıb.

Müəllif: Ucnoqta.az redaksiyası