Azərbaycan millisi Belarusa qalib gəldi

16:01 - 1 May 2026 - İDMAN

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Komanda yenə Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda bu rəqibə 1:3 hesabı ilə uduzub.

Xəbər xətti