Pentaqon yalan danışır - Əraqçi

13:38 - 1 May 2026 - DÜNYA

Pentaqonun hesablamalarının əksinə olaraq, ABŞ İrana qarşı hücumlara təxminən 100 milyard dollar xərcləyib və Amerika xalqına dolayı xərclər daha da çox olub.

Ucnoqta.az xəbər verir ki, bu fikri İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Pentaqon yalan danışır. Netanyahunun macərası artıq Amerikaya 100 milyard dollara başa gəlib ki, bu da göstərilən məbləğdən dörd dəfə çoxdur. Amerika vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir. Hər bir Amerika ailəsi üçün aylıq ödəniş 500 dollardır və sürətlə artır", - deyə o, X-də yazıb.

Xəbər xətti