ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Higgins" gəmisində elektrik sistemində yaranan nasazlıq nəticəsində gəmi aprelin sonlarında tamamilə elektriksiz qalıb.
Ucnoqta.az xəbər evrir ki, bu barədə TASS-a ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının sözçüsü Metyu Komer məlumat verib.
Bildirilir ki, 28 aprel 2026-cı ildə Hind-Sakit okean bölgəsində adi əməliyyatlar apararkən Arleigh Burke sinifli USS Higgins esminesi elektrik paylama sistemində texniki nasazlıq barədə məlumat verib. "USS Higgins" gəmisində elektrik kəsilməsi baş verib və nəticədə hərəkətverici qüvvə sıradan çıxıb.
Qeyd olunur ki, gəmiyə enerji təchizatı artıq bərpa edilib.