"Mən öləndən sonra neynirəm mənə həsr edəcəyiniz verilişi?!"

17:44 - 30 Aprel 2026 - MAQAZİN

“Hamımız ölüb gedəcəyik. Dəyərli insanları sağlığında yad etmək, sevindirmək lazım idi. Mən öləndən sonra neynirəm mənə həsr edəcəyiniz verilişi?! Mən artıq getdim”.

Ucnoqta.az xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə “Sevimli səhər” verilişində bildirib.

İfaçı qeyd edib ki, hər kəsin dəyərini vaxtında bilmək lazımdır:

“Bunu sağlığımda edib məni sevindirin. Bütün bu şəxslərin dəyərini zamanında bilmək lazımdır. Şövkət Ələkbərova, Rəşid Behbudov öldü, onlardan bir də doğulmadı”.///Yeni Sabah

Xəbər xətti