Xaricdən mal sifariş edənlərin nəzərinə

13:45 - 1 May 2026 - Xəbər

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Xəbər xətti