Nazirlər Kabinetinin benzinlə bağlı qərarı nəylə bağlıdır? - AÇIQLAMA

07:41 - 28 Aprel 2026 - İQTİSADİYYAT

Azərbaycan hökuməti Dövlət Neft Şirkətinə (SOCAR) 11 ay ərzində (01.05.2026 – 31.03.2027) ölkəyə Aİ-92 benzin və dizel yanacağının idxalı üçün KVOTA tətbiq edib.

Nazirlər Kabinetinin 27 aprel 2026-cı il tarixli 118 N-li qərarında bildirilir ki, sözügedən müddətsə SOCAR-ın idxal edəcəyi Ai-92 markalı benzin 205 min ton, dizel yanacağının həcmi isə 201 min ton həddini aşmamalıdır. 

Ucnoqta.az xəbər verir ki iqtisadçı İlham Şaban Nazirlər Kabinetinin yanacağ bağlı qərarını şərh edib. İqtisadçı bildirir ki, AR Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, Azərbaycan Ai-92 markalı benzinin idxalının ən yüksək həcmini 2024-cü ildə həyata keçirib:

"Həmin il 262,4 min ton AI-92 markalı avtomobil benzinin idxalı 225,85 milyon dollar ödəniş həyata keçirilib. 

Hökumət ölkə daxilində dövlət tərəfindən tənzimlənən avtomobil yanacağı qiymətlərinin sabitliyininin təmin edilməsi və daxili bazarın fasiləsiz yanacaqla təchizatının qorunması məqsədi ilə 11 ay ərzində ölkəyə idxal ediləcək yanacağa simvolik AKSİZ vergisi tətbiq edib - hər ton üçün 1 manat. 

Bəs hökumət niyə belə qərar verib? Əslində belə qərarların verilməsi yenilik deyil. Hökumət o zaman bu cür addımlar atır ki, yanacaq istehsal edən Bakı neft emalı zavodu illik cari təmirə və modernizasiya işləri məqsədi ilə fəaliyyətinə müvəqqəti fasilə verir. Adətən bu müddət 1-2 ay çəkir. Ona görə də hökumət əvvəllər ölkənin daxili yanacaq tələbatının ödənilməsi və qiymətlərin stabilliyini saxlamaq üçün idxal vergisinin 3-4 ay müddətinə tətbiq edirdi. 

Bəs indi niyə bu az qala 1 ilə yaxın müddətə tətbiq edilir? Məntiqlə bu, zavodda aparılacaq təmir və modernizasiya işləri dövrünü və NEZ işə düşdükdən sonra mövcud istehsal gücünü yığana qədər olan dövrü əhatə etməlidir. 

Kənar müşahidə ilə bu qənaətə gəlmək olar. Amma daha dəqiq və dolğun cavabı təbii ki, hökumətin özü, ya da zavodun sahibi - SOCAR verə bilər".

Xəbər xətti