Tramp İranla müharibəyə son qoymağa tələsmədiyini deyir

22:58 - 23 Aprel 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İranla hərbi münaqişəyə tezliklə son qoymağa ehtiyac duymadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Tramp Truth Social-da yazıb.
"Ölü vəziyyətdə olan "New York Times" qəzetini oxuyan və ya yalançı CNN-i izləyən və mənim İranla müharibəyə (əgər belə adlandırmaq olarsa) son qoymağa "həvəsli" olduğumu düşünən insanlar üçün unutmayın ki, mən bəlkə də bu vəzifəni tutmaq üçün ən az təzyiq altında olan insanam. Mənim sülh üçün vaxtım var, İranda isə yoxdur. Vaxt gedir", - deyə o, qeyd edib.

"Razılaşma yalnız ABŞ, müttəfiqlərimiz və həqiqətən də dünyanın qalan hissəsi üçün məqsədəuyğun və faydalı olduqda bağlanacaq", - deyə prezident əlavə edib.

Xəbər xətti