ABŞ təyyarədaşıyan gəmisi İrandan 200 kilometr məsafədə yerləşir

00:00 - 14 Aprel 2026 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmi USS Abraham Lincoln Oman körfəzinə daxil olub və İran sahillərindən 200 kilometr cənubda yerləşir.

Ucnoqta.az xəbər verir ki, BBC bu barədə peyk məlumatlarına istinadən məlumat yayıb.

BBC-nin məlumatına görə, bu, ABŞ-ın İranda hərbi əməliyyatının başlamasından bəri Amerika gəmisinin Fars körfəzinə bu qədər yaxınlaşması ilk dəfədir.

BBC həmçinin qeyd edib ki, gəmidaşıyan gəminin zərbə qrupuna iki idarə olunan raket esminesi daxildir.

Xəbər xətti