Pentaqon PrSM raketlərinin alışını kəskin şəkildə artırmağı planlaşdırır

09:21 - 13 Aprel 2026 - DÜNYA

ABŞ Müdafiə Nazirliyi İranda istifadə edildikdən sonra yeni PrSM (Dəqiq Zərbə Raketi) raketlərinin illik alışını 10,5 dəfə artırmaq üçün maliyyələşdirmə təmin etmək niyyətindədir.

Ucnoqta.az bildirir ki, bu barədə The War Zone (TWZ) məlumat verib.

Portala görə, Pentaqonun hədəfi hazırkı 108 raketlə müqayisədə 1134 raketdir. Bu, alışlarda 950% artım deməkdir.

2025-ci ilin oktyabr ayında PrSM istehsalçısı "Lockheed Martin" ildə 400-ə qədər raket istehsal etmək niyyətində olduğunu açıqlamışdı.

Xəbər xətti