İsrail Livana hücumları məhdudlaşdıracaq

16:04 - 10 Aprel 2026 - DÜNYA

İsrail Livana hücumları dayandırmaq niyyətində deyil, lakin ABŞ prezidenti Donald Trampın tələbinə uyğun olaraq onların miqyasını məhdudlaşdıracaq.

Ucnoqta.az xəbər evrir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Tramp hələ də İsraildən "Hizbullah"a qarşı kampaniyasını azaltmağı xahiş etməyib.

Lakin ABŞ administrasiyası bu hücumların İranla danışıqlara və Hörmüz boğazının açılması səylərinə mane olacağından qorxur.

Xəbər xətti