Bakıda bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi

15:42 - 6 Aprel 2026 - Xəbər

Bakının Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Ucnoqta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti "20-ci sahə dairəsi" – Şəfəq küçəsi ilə təşkil olunub.

Xəbər xətti