Bağdaddakı ABŞ səfirliyi raket hücumlarına məruz qalıb.
Ucnoqta.az bildirir ki, Shafaq News portalı bu barədə xəbər verib.
Təhlükəsizlik mənbəyinin məlumatına görə, bir neçə mərmini zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemləri işə salınıb. Hələlik atəş nəticəsində itki və ya diplomatik nümayəndəlik binasına dəyə biləcək potensial ziyan barədə məlumat yoxdur.