Əfqanıstanın itkiləri 1500-ü keçib

19:43 - 15 Mart 2026 - DÜNYA

Pakistan qüvvələri ilə toqquşmalarda həlak olan Əfqanıstan əsgərlərinin sayı ən azı 684-ə çatıb, 912-dən çox yaralı var.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar X-də bildirib.

Onun sözlərinə görə, əməliyyatın əvvəlindən bəri qonşu ölkədəki 73 hədəfə hava hücumları həyata keçirilib. Pakistan ordusu 252 Əfqanıstan nəzarət məntəqəsini məhv edib, daha 44-ü isə ələ keçirilib və məhv edilib.

Bundan əlavə, Pakistan Silahlı Qüvvələri 229-dan çox düşmən zirehli texnikasını məhv edib.

Xəbər xətti