Tramp İrana qarşı əməliyyatın tezliklə başa çatacağını bildirib

05:59 - 10 Mart 2026 - DÜNYA

İrana qarşı Amerika-İsrail əməliyyatı tezliklə başa çatacaq.

Ucnoqta.az xəbər verir ki, bu açıqlamanı ABŞ prezidenti Donald Tramp verib.

Amerika prezidenti əməliyyatın başa çatması üçün dəqiq vaxt verməkdən imtina edib, yalnız kampaniyanın bu həftə başa çatmayacağını bildirib. 
"Xeyr, amma tezliklə. Çox tezliklə", - deyə ABŞ prezidenti qeyd edib. 

Eyni zamanda, prezident ABŞ-ın lazım gələrsə, İrana qarşı hərbi güc tətbiqini bərpa etməyə hazır olacağını hədələyib.

"Və əgər yenidən başlasa, onlar daha da ağır zərbələrə məruz qalacaqlar", - deyə Tramp xəbərdarlıq edib.

Xəbər xətti