Tramp Venesuela restoranında

05:36 - 10 Mart 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Floridada keçirilən Respublikaçıların Milli Konqresindən sonra Venesuela restoranı El Arepazo-ya baş çəkib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, qqolf klubunda keçirilən ziyafətdən sonra hava limanına gedərkən yaxınlıqdakı restoranda dayanıb. 

"Biz Air Force One üçün yemək alacağıq", - deyə Amerika lideri izah edib.

Orada o, sahibi, işçi heyəti və müştərilərlə söhbət edib. ABŞ prezidentinin Venesuela restoranında alqışlar ilə qarşılandığı bildirilir.

Tramp El Arepazo-da təxminən beş dəqiqə vaxt keçirib. 

Xəbər xətti