Türkiyə Şimali Kiprə F-16 təyyarələri yerləşdirdi

11:15 - 9 Mart 2026 - DÜNYA

Türkiyə Müdafiə Nazirliyi bazar ertəsi günü Şimali Kiprə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
"Bölgəmizdəki son hadisələri nəzərə alaraq və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini gücləndirmək üçün tədricən görülən tədbirlərin bir hissəsi olaraq, bu gündən etibarən ŞKTR-yə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib. Lazım gələrsə və inkişafdan asılı olaraq əlavə tədbirlər görüləcək", - açıqlamada qeyd olunub.

Xəbər xətti