İranın nüvə obyektlərinə hücumlar barədə heç bir məlumat yoxdur - Qrossi

13:12 - 2 Mart 2026 - DÜNYA

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektlərinə hücumlar barədə heç bir məlumat qeydə almayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş direktor Rafael Qrossi bildirib.

"İrandakı nüvə obyektlərinin statusu ilə bağlı hazırda Buşehr Atom Elektrik Stansiyası, Tehran Tədqiqat Reaktoru və ya digər nüvə obyektləri də daxil olmaqla, onlardan heç birinin zədələndiyinə və ya hücuma məruz qaldığına dair heç bir məlumatımız yoxdur", - deyə o, xüsusi iclasda bildirib.

Xəbər xətti