Ermənistanın ölkədə yerləşən 102-ci Rusiya hərbi bazasını çıxarmaq planı yoxdur.
Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Polşa Beynəlxalq Münasibətlər İnstitutunda Ermənistanın bazanı ləğv etmək üçün Rusiyaya müraciət edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib.
Paşinyan qeyd edib ki, Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var - iqtisadi və siyasi əlaqələr qurulub.
O, əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətləri transformasiya mərhələsindədir.