Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaq planı yoxdur - Paşinyan

11:01 - 26 Fevral 2026 tarixində dərc olunub.

Ermənistanın ölkədə yerləşən 102-ci Rusiya hərbi bazasını çıxarmaq planı yoxdur.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Polşa Beynəlxalq Münasibətlər İnstitutunda Ermənistanın bazanı ləğv etmək üçün Rusiyaya müraciət edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib. 

Paşinyan qeyd edib ki, Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var - iqtisadi və siyasi əlaqələr qurulub.

O, əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətləri transformasiya mərhələsindədir. 

Müəllif: Ucnoqta.az redaksiyası