İnternetin sürət həddi ilə bağlı təkliflər hazırlanıb

12:33 - 25 Fevral 2026 - Xəbər

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə genişzolaqlı internet sürətinin artırılması ilə bağlı təklif verib.

Bunu “A-dan Z-yə internet: Media üçün praktik təlim”də İKTA-nın idarə heyətinin sədri Nail Mərdanov deyib.

O qeyd edib ki, bu normativ sənəd təsdiqlənmə mərhələsindədir:

“Provayderlərin xidmət keyfiyyətləri göstəricilərinin sərtləşdirilməsi haqqında da düşünürük. Amma minimum intennet sürətinə müəyyən hədd qoyulandan sonra bütün provayderlər məcbur olacaqlar ki, bu xidməti təmin etsinlər”.///APA.Economics

 

 

Xəbər xətti