44 yaşlı amerikalı televiziya siması və ictimai xadim Paris Hilton dəbdəbəli görünüşdə gözəl fotosessiya edib.
Ucnoqta.az xəbər verir ki, ulduz İnstaqram səhifəsində evində çəkdirdiyi şəkilləri paylaşıb. O, kamera qarşısına açıq çəhrayı mini don və dizdən yuxarı ağ corablarla çıxıb.
O, geyimini mirvari, incə makiyaj, boş qıvrımlar və hündürdaban ayaqqabılarla tamamlayıb.
Digər fotolarda ulduz atlaz çarşaflarla örtülmüş çarpayıda uzanaraq poz verib. Hilton çiyinlərinə lələkli bolero keçirib.