24 yaşlı gənc qətl törətdi

17:10 - 16 Fevral 2026 - ÖLKƏ İÇİ

Cəlilabadda cinayət hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə fevralın 16-da saat 13 radələrində baş verib.

Belə ki, rayon sakini 52 yaşlı Azər Baxşiyevə kəsici alətlə xəsarət yetirilib. A. Baxşiyev aldığı xəsarətdən xəstəxanada ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti