Binəqədi rayonu 205 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
Ucnoqta.az xəbər verir ki, məktəbin direktor vəzifəsinə Əlifli Əliheydər Elman oğlu təyin olunub.
Əlifli Əliheydər Elman oğlu 26 yanvar 1993-cu ildə Biləsuvar rayon Zəhmətabad kəndində anadan olub.
2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitunun Tarix və Coğrafiya fakültəsini bitirib.
2014-2019- cu illərdə Coğrafiya müəllimi vəzifəsində çalışıb.
2019-cu noyabr ayından Biləsuvar Rayon Təhsil Şöbəsinin Coğrafiya üzrə metodist vəzifəsinə təyin olunub.