"Qarabağ"-"İmişli", "Zirə"-"Karvan-Yevlax"

10:03 - 14 Fevral 2026 - İDMAN

Misli Premyer Liqasında bu gün XX tura start veriləcək.

Ucnoqta.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.

"İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Qarabağ"la üz-üzə gələcək. İmişli təmsilçisi hazırda 19 xalla 9-cu pillədə qərarlaşıb. 42 xala malik "Qarabağ" isə ikincidir.

Günün son görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək. Bakı klubu 32 xalla 4-cü yerdədir. 6 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-ci pillədədir.

Misli Premyer Liqası

II dövrə, XX tur

14 fevral

14:30. "İmişli" – "Qarabağ"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov

VAR: Əliyar Ağayev

Quba Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Zirə" – "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov

Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti