Tramp aprel ayında Çinə səfər etmək niyyətindədir

00:00 - 13 Fevral 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp aprel ayında Çinə səfər etmək niyyətindədir və Çin prezidenti Si Cinpinin 2026-cı ilin sonlarında ABŞ-a səfərini gözləyir.

Ucnoqta.az xəbər verir ki, tramp jurnalistlərə deyib.
"Mən aprel ayında Prezident Si Cinpinlə görüşəcəyəm. Səbirsizliklə gözləyirəm. O, bu ilin sonlarında burada olacaq. Mən bunu çox səbirsizliklə gözləyirəm", - deyə qeyd edib.

"Hazırda Çinlə çox yaxşı münasibətlərimiz var", - deyə ABŞ prezidenti əmin edib. "Mənim Prezident Si Cinpinlə çox yaxşı münasibətlərim var", - deyə o əlavə edib.

Xəbər xətti